Çarlz Bukovskidən Sitatlar

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. Anladım ki, həyatında birinin olmaması deyil, birinin həyatında ola bilməməkmiş təklik. Yalnız darıxdırıcı insanlar darıxar. İllərin mənə öyrətdiyi şeylərdən biri də bu oldu: Xoşbəxtliyi tapmısansa, sorğulama... Mən də kiçik şeylərdən xoşbəxt ola bilərəm , amma bu qədər zibilin arasından o kiçik şeyləri çıxarmağa ərinirəm... İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm. Sevmək bəlkə bir şeydir.Amma sevildiyini bilmək çox şeydir. Boş insanlarla içi dolu xəyallar qura bilməzsiniz. Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur. Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər. Xoşbəxt insanlar; hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir. İnsanların, sənin haqqında nə düşünd...