Kayıtlar

9 noyabr seirleri etiketine sahip yayınlar gösteriliyor

9 Noyabr bayraq gününə aid şeirlər, Bayraq Şeirləri

Resim
 1 ️ ⃣   BAYRAQ ŞEİRİ ✍ Müəllif: Bəxtiyar Vahabzadə   Torpağım üstünə kölgələr salan Mənim varlığımın cilası-bayraq. Zəfərdən doğulmuş Göytürkdən qalan Qurdbaşlı bayrağın balası bayraq.   Üçrəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim.   Harda əcdadımın ayaq izi var, Bu zəfər bayrağım orda dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar Onun hüzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca Mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca Məbədlər başına tac olan hilal.   Daim ucalasan! Savaş günündə Əsgər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə Səni alqış üçün əyilən görüm.     2️ ⃣   Himnimiz-bayrağımız şeiri   ✍ Müəllif:  Şirinxanım Kərimbəyli.   Himnimiz – Bayrağımız, Vətənin ürəyidir. Sabaha növrağımız, Millətin dirəyidir.   Hər ölkə...