Kayıtlar

agil haqqında etiketine sahip yayınlar gösteriliyor

Ağıl Haqqında Aforizmlər

Resim
İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı. -Nizami Gəncəvi Kədər ağıllı adamların müəllimidir. - Corc Bayron İnsanları tanıya bilən ağıllı ozünü tanıya bilən ziyalıdır. - Zao Tszi Ağıllı insan düşündüyü hər şeyi deməməlidir. Amma dediyi hər şeyi düşünmelidir. - Aristotel Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. - Plato  Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər. - Corc Bernard Şou Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salan insan ya lovğadır, ya da ağılsız. - Aleksandr Pop  Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir. - Fyodor Dostoyevski Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. - Anton Çexov Əsl gözəllik suətdə deyil, ağıl və kamaldadır. -Firudun Köçərli  Uşaqlarınıza verə...

Ağıl Haqqında Atalar Sözləri

Resim
Ən böyük sərvət ağıldır. Hirs düşməndi, ağıl dost. Axmaq adam öz səhvini düz bilər, ağıllı düzəldər. Ağıl başın böyüklüyündə deyil. Ağıllı balaca yekə cahildən yaxşıdır. Ağıllı yоxsul varlı axmaqdan yaxşıdır. Ağıla gələn başa gələr. Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər. Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. Ağıllı fikirləşincə dəli çayı keçir. Ağıllı toy edincə, dəlinin oğlu bazara gedər. Ağıllı bir dəfə aldanar. Hər dəlinin bir ağıllısı olmalıdır. Ağılsız baş ayağa dinclik verməz. Ağılsız baş əlindən səfil ayaq nələr çəkər. Ağıllıya işarə, nadana kötək. Ağıllı gözündən, axmaq sözündən bilinər. Ağıllı imandan, yalançı böhtandan yapışar. Ağıllı ədəbi ədəbsizdən öyrənər. Ağıl sözün gövhəri, söz ağılın cövhəridi. Səbirli olmaq ağıllı olmağa bərabərdir. Ağıl başda, ləl daşda olar. Ağıllı işinə baxar, cahil dişinə. Ağıllı işləyər, axmaq baxar. Axmaqlar оlmasaydı, ağıllılar məhv оlardı. Tənbələ iş buyur, sənə ağıl öyrətsin....