Kayıtlar

Dosta aid statuslar etiketine sahip yayınlar gösteriliyor

Dostluğa Aid Mənalı Statuslar

Resim
Əsl dost, ağır günündə sənə heç-bir qarşılıq gözləmədən sevgi göstərən biridir; sənə qarşı heç bir kin tutmadan qəzəbinə və sevincinə dözən biridir. Qardaş dost olmaya da bilər, amma dost həmişə qardaşdır. Dost da ona görə sevilir ki, o bizim ikinci “Mən”imizdir. Dost iki bədəndə var olan tək bir ruhdur. Əsl dost misilsiz xəzinədir: xoşbəxtliyi artırar, dərd-qəmi azaldar. Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.  Əsl dost sənin səhvlərinə göz yumar, sirlərini qoruyar və lazım gəlsə, sənə nəsihət verər. Əsl dost — sənin əlini tutaraq sənin qəlbini hiss edəndir. Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun müvəffəqiyyətinə sevinə bilmək, möhkəm bir xarakter tələb edir. Kasıblıq, insanı sözdə Dostlarını uzaqlaşdırır. Bilməlisən ki, gerçək dostların arasına məsafə girməz! Acıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsi...