Məna Haqqında Aforizmlər, Mənaya Aid Sözlər

Hamımız həyatımızda bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik. - Murathan Mungan Özündə bir məna axtaran yeganə varlıq insandır. - Alber Kamü Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. - Sufi hikməti Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. - Aristotel Arzular, həyata məna verir. - Anatol Frans Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. - A.Bek Kamil insan üçün sevmək və öyrənmək həyatın əsas amalı və mənası olduğu halda, cahil üçün bu əylənmək, yemək və digər heyvani ehtiyaclar ola bilər. - Səbuhi Quluzadə Həyatı onun mənasından artıq sevmək lazımdır. - Fyodor Dostoyevski Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir. Həqiqi məşuqun surəti yoxdur; sevilən onun mənasıdır. - Cəlaləddin Rumi Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasında...