Səhvə Aid Statuslar,Səhvə Aid Sözlər

Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz. Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır.-Yunus Əmrə Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir. Kiçik nöqsanlar böyük səhvlərə aparır. Köynəyin ilk düyməsi səhv düymələnsə, digərləri də səhv gedər. Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edər. İnsanlar səhvlərini xoşbəxtkən deyil ancaq bədbəxtkən anlar. Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər. Təcrübə insanların səhvlərinə verdiyi addır. Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. Səhvi düzəltməmək ən böyük səhvdir. ...