Kayıtlar

ise aid atalar sozleri etiketine sahip yayınlar gösteriliyor

İş Haqqında Atalar Sözləri

Resim
 İş insanın cövhəridir. Sözlə yox, işlə göstər. Sözün ilə işin bir olsun. Adamı işi ilə tanıyarlar. Qocadan demək, Cavandan əmək. Aslan dişinə, kişi işinə güvənər. Ağıllı işinə baxar, dəli dişinə. Böyük insan işindən tanınar. Hər bir adam işi ilə tanınar. Atın gücü yerişi, mərdin ərliyi işi. Zəhməti sevən işdən doymaz. Səhərin işini səhər gör. Axşamın işini sabaha qoyma. İş Haqqında Atalar Sözləri  Xeyir işə yaxın ol, şər işdən saqın. Bir işi başlamağa çalış, özü qurtarar. Sən işi buraxmasan, iş səni buraxmaz. İşçi işdə gərək! (İş yiyəsi işdə gərək!) İşlə – dişlə. Yeməyə kömək, işləməyə də kömək. Birinin əli, o birinin dili işləyir. Dildə yox, işdə özünü göstər. Gəvəzənin işi qalar, astanın işi qalmaz. Hər işin əvvəli çətindir. İşə başlamaq işin yarısıdır. İş Haqqinda Atalar Sozleri  Bir işi qurtarmamış, o biri işdən yapışma. Heyvanın dişinə baxarlar, insanın – işinə. Yeməyin qulu, işləməyin xəstəsi olma. Tənbəllik azar artırar, işləmək canı saf eylər. El çalışar, yer sev...