Kayıtlar

31 Dekabr Həmrəylik gününə aid şeirlər

Resim
31 Dekabr Həmrəylik Gününə həsr olunmuş bir-birindən gözəl 9 şeir Həmrəylik gününə aid şeirlər “Birləşək” şeiri Birləşək! Dünyada güclər birləşib, Qalalar birləşib, bürclər birləşib. Birləşib dünyada dili ayrılar, Torpağı ayrılar, eli ayrılar. Alıblar dünyadan öz haqlarını Behişt eləyiblər torpaqlarını. Birləşsin bizim də məskənlərimiz! Qalaya çevrilsin ürəklərimiz! Birləşsin ən güclü qollar, qələmlər! İrəli atılan dəmir qədəmlər! Birləşsin birləşib qala bilənlər, Birləşsin birlikdə ola bilənlər! Çaylar birləşəndə dənizə dönür! Dənizlər düşmənə qorxunc görünür! Dənizi içməklə qurtarmaq olmaz, Dənizi ölümlə qorxutmaq olmaz! Birləşmək hər yerdə iti silahdır, Bütün haqlılara böyük pənahdır. Birlik günəş dolu dirilik yolu, Xalqın haqq yoludur bu birlik yolu! Müəllif:Söhrab Tahir. “Azərbaycan yaşayır” şeiri Hərəmiz bu Vətənin, Parçası, zərrəsiyik. Yağılara yurdumun, Parçası, zərrəsi yük. Bu vətənin yolunda, Birləşsin əllərimiz. Sevinsin dağlarımız, Sevinsin çöllərimiz. Necə ki, ruhumuz ...

Zəfər Gününə Aid Şeirlər

Resim
  Zəfər günü şeirləri,zefer gunu haqqinda seir,Zəfər Gününə Aid Şeirlər,8 noyabr şeirlər,zefer gunu seiri,zəfər günü haqqında şeir,  1️⃣   BIZ QALIB ÖLKƏNIN VƏTƏNDAŞIYIQ ŞEİRİ ✍  Müəllif: Heydər Ələddinoğlu Müjdə ver ulduza,müjdə ver aya, Bu nə bir xəyaldır,nə də ki röya. Eşitsin kainat,eşitsin dünya Biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hikkəsindən alışıb-yansın, Bu üç rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın Biz qalib ölkənin vətəndaşıyıq. Zaman səhvləriylə batdı günaha, Tarix ümidini verdi sabaha. İtən qürurumuz qayıtdı daha Biz qalib ölkənin vətəndaşıyıq. Sevincdən titrəyir həm göyüm,yerim, Yarıb ürəyimi Sizə göndərim- Siz Ali Baş Komandan,Siz ey əsgərim Biz qalib ölkənin vətəndaşıyıq! 2️⃣ ZƏFƏR GÜNÜN MÜBARƏK ŞEİRİ ✍ Müəllif: Elvin Elxanoğlu İllərlə səbr edib dözdü bu xalqım, Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan, zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər, Tökülən o...

Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri

Resim
Ad Günü Şəkilləri Ad Günün mübarək Şəkilli Ad Günü Təbrikləri  Ad Günü Təbrikləri Şəkilli  Şəkilli Ad Günü Təbrikləri  ad gunu tebrikleri sekilli Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri ad günün mübarək olsun Şəkilli Ad Günü Təbrikləri, Ad Günü Şəkilləri ad günü üçün arzular ad günü üçün mesajlar

Sevgi Haqqında Atalar Sözləri

Resim
  Sevgi sönməz atəşdi. Sevən sevəni tapar. Ağac kölgəsiz оlmaz, insan sevgisiz. Dəniz dalğasız, könül sevdasız olmaz. Dənizdə balıq sevdasız olmaz. Sevgi od deyil, amma oddan yamandı. Sevgi adamı yandırar. Sevən ürək, daim gəncdir. Yaxşılıq açan qapıya, sevgi qonar. Göz gördüyünü sevər. Göz görməsə, könül sevməz. Göz sevəni könül də sevər. Könül sevən göyçək olar. Gec-gec görünən tez sevilər. Gözəl gözəl deyil, könül sevən gözəldi. Oğlum kimi sevsə, gəlinim oldur. Sevəni sevənə ver. Oğlunu sevən gəlnin sevər, qızını sevən kürəkənini. Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. Öz anasını sevən, özgə anasını söyməz. Uşaqları sevməyən heç kəsi sevməz. Sevgini və kasıblığı gizlətmək çətindir. Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni  sevməyəni, şah ola, şahbaz ola. Qonaq sevənin süfrəsi boş qalmaz. Sevənin quluyam, sevməyənin sultanı. Təkəbbürlük eyləyəni Tanrı sevməz. Bir yürəkdə iki sevgi olmaz. İki sevgi bir könüldə olmaz. P...

Müəllimlik haqqında atalar sözləri

Resim
Müəllim ən böyük bağbandır. Atalar Sözü Ağac və müəllim öz barı ilə tanınır. Ata-ana bədəni, müəllim ürəyi yaradır.   Müəllim ikiqat atadır. Ən yaxşı müəllim təcrübədir. Müəllimə bir ata kimi hörmət edin! Məktəbdəki ən vacib fenomen, ən ibrətamiz mövzu, şagird üçün ən canlı nümunə müəllimin özüdür. Müəllimi üzə tərifləyərlər, dostu - arxada, işçini işdən sonra. Müəllimin çubuğu güldəndir, kim ki, görməyib cahildir. Müəllimin vurduğu yerdə gül bitər. Müəllimlik haqqında atalar sözləri Yaxşı şagird müəllimi olmayanda bilinər.  Atalar Sözü Müəllimlik haqqında atalar sözləri  Tövsiyə mövzu: Müəllim Haqqında Aforizmlər və Gözəl Sözlər Yalnız müəllimə hörmət etməklə müəllim ola bilərsən. Zəmanə yaxşı müəllimdir. Müəllim iki kitabdan yaxşıdır. Balıq vermə, balıq tutmağı öyrət. Əgər səmada uşaqların duaları eşidilsəydi, yer üzündə bir nəfər də olsun canlı müəllim olmazdı. Keçmişi unutma, gələcəyin müəllimidir. Zaman ən yaxşı müəllimdir, amma bütün şagirdlərini öldürür. Atala...

Mənalı sözlər

Resim
  Həyat Haqqında Mənalı Sözlər Həyat sevməyi, sevgi layiq olmağı, dostluq sadiq qalmağı bilənlər üçündür..   Yaxşı qərarlar təcrübə sayəsində, təcrübə isə pis qərarlardan sonra əldə edilir. Mənim ən ağıllı rəhbərim qəlbimdir. -Honore de Balzac Ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır.- Albert Eynşteyn Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət Heç bir zəfərə çiçəkli yollarla gedilməz. - Jan de Lafonten Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. - Louis Stevenson Analar, hər şeyi görməsələr belə ürəkləriylə eşidərlər.  Mənalı Sözlər 2024 Mənalı Sözlər 2024 Hər gün Allahın sənə baxş etdiyi yeni bir hədiyyədir. Qədrini bil! Dərd sizi daha güclü, qorxu daha cəsur, qırıq qəlb isə daha kamil edər. Xatirələr yaşlanan beyinlərin söykəndikləri əsadır. - Cənab Şəhabəddin Xəyal gücü olmayan insanların qanadları yoxdur. - Məhəmməd Əli Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır. Göz yaşları iztirabın səssiz təzahürüdür. - Volte...

Payız haqqında şeirlər | Payız şeirləri

Resim
   Payız şeiri  Payız gəlib, küləklər Gəzir yenə bağları. Hər tərəfə sovurur Saralmış yarpaqları. Axıb gedir buludlar Yenə də karvan-karvan. Dərələri, dağları, Bürüyür çiskin, duman. Mərcan kimi qızarmış Moruqlar parıldayır. Ağaclarda qarğalar Səs salıb qarıldayır... Yağır güclü yağışlar, Günlərcə vermir ara. Almaz kimi şeh düşür Bağçalara, bağlara. Müəllif: Mirmehdi Seyidzadə   “Payızın səyahəti” şeiri Payız gəldi, quşlar köçdü, Qalın meşə qaldı çılpaq. Payız yeli heyvanlara Xəbər verdi: – Yağacaq qar! Çəpgöz ayı, yumru kirpi, Yanlarında qara böcək Dedilər ki, qış gəlməmiş, Yuvalara enək gərək. Müəllif: Mirvarid Dilbazi. Qızıl Payız şeiri Yenə gəldi qızıl payız Hər tərəfə yağdı yağış Quşlar köçdü isti yerə Əsdi külək birdən-birə Yenə gəldi qızıl payız Çaxdı şimşək,qopdu tufan Yağış yağdı buludlardan uzaq qaldıq durnalardan. Yenə gəldi qızıl payız fərqi yoxdur oğlan ya qız hər kəs gedir məktəblərə elm, bilik öyrənməyə Yenə gəldi qızıl payız bitdi artıq qızmar hava nu...