Mənim anam şeiri- Bəxtiyar Vahabzadə. Savadsızdır, adını da yaza bilmir Mənim anam... Ancaq mənə say öyrədib, Ay öyrədib, il öyrədib; Ən vacibi, dil öyrədib Mənim anam... Bu dil ilə tanımışam Həm sevinci, kəm də qəmi... Bu dil ilə yaratmışam Hər şeirimi, hər nəğməmi Yox, mən heçəm, mən yalanam, Kitab-kitab sözlərimin Müəllifi - mənim anam!.. Yaşamaq eşqi070 Hər gün artır saçımda Təzə qırov, təzə dən. Yaşamaq istəyirəm Gəncliyimi təzədən. Həyat necə gözəldir, Həyat necə şirindir, Ömür, mənim deyil ki, Ömür, diləklərindir... Ey qanadlı fikirlər, Ey qanadlı xəyallar, Hələ mənim sabaha Neçə - neçə sözüm var. Ürəyimdən keçəni Duya bilər kim mənim? Yaşadıqca çoxalır Yaşamaq eşqim mənim! Kitab Kitab böyük müəllimdir, Sinəsində min aləm var. O səni bir insan kimi Gah güldürər, gah ağladar. Dili yoxdur, o danışır, Hər bir şeydən xəbər verir. Ata kimi sənə bəzən Kitab doğru yol göstərir. Bu dünyanın hər sirrini Bizə deyir bu kitablar. Ömrümüzün yol...