Kayıtlar

Düşüncə Haqqında Aforizmlər,Düşüncəyə Aid Sözlər

Resim
  İnsanlıq tarixi - düşüncə tarixidir. - Corc Herbert Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızın gedişatını dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin.  - Mark Avreli Düşüncəni dəyiş ki, həyatını dəyişəsən.  - Brayan Treysi. Sözlər və düşüncələr bütün dünyanı dəyişə bilər. - The Dead Poets Society Hiss - od, fikir isə yağdır. - Vissarion Belinski  İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. - Napoleon Bonapart Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir...  - İmmanuel Kant Düşünmək Haqqında Aforizmlər Düşüncə də məşq tələb edir. Düşünməyə - düşünməyə insan düşüncəsizləşir.  Nə haqda fikirləşməkdə diqqətli olun; bu günün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir.  - Əbu Turxan Düşünmədən danışanın cəzası sonradan Düşünməyə məhkum olmaqdır. -  Anonim  Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa, nəyə gərək düşüncə. - Niza...

Mənalı Şeirlər 2024

Resim
 1)  HARA QAÇIRSAN, AY ADAM ŞEİRİ Müəllif: Ramiz Rövşən Hara qaçırsan, ay adam,  Bir dayan, nəfəsini dər.  Çiçəklərin ətrini dər,  Küləklərin hirsini dər.  Otur üstündə bir daşın,  Bir az açılsın qırışın,  Göydə uçub gedən quşun  Yerdəki kölgəsini dər.  Gör dünya nə deyir sənə,  Verib yeri-göyü sənə,  Əy başını öz sinənə,  Ürəyinin səsini dər.  ...Sözüm ağlına batmasa,  Dünya könlünə yatmasa,  Əlin heç nəyə çatmasa,  Bu dünyadan özünü dər...    2)  QƏRIBƏ SEVINC ŞEİRİ Müəllif:  Nüsrət Kəsəmənli O gözlərdə nə qəribə sevinc var?! O gözlərin şəfəqinə baxın bir, Gilə-gilə yaşaracaq indicə, Təbəssümlə sıxılacaq dodaqlar, Gülə-gülə boşalacaq indicə... Hələ neçə dalğa yatır dənizdə, Asta-asta kirpiyini endirir, Elə bil ki, günəş batır dənizdə, Baldan şirin bir yuxudur, yox qəmi, Bir ürəkdir, sevinc ilə vurur o. Xəbəri yox Çözələyib sap kimi Saçlarını dişləriylə qırır o. İndi hamı xoş gö...

Səbir Haqqında Aforizmlər,Səbrə Aid Sözlər

Resim
 Səbir sevinc açarıdır.  - Mövlana Cəlaləddin Rumi  Uğurun iki səbəbi var: səbir və ümid. - Aleksandr Düma  Uğurun sirri səbrli olmaqdır. - Anri Barbüs  Uğurun asılı olduğu yeganə şərt səbrdir. - Lev Tolstoy Səbrin mənası-üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir.  - Səriyyis Sakat  Ayın gecəyə səbir etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbir etməsi də onun gözəl ətirli olmasına səbəb olur. - Mövlana Cəlaləddin Rumi  Səbir etməklə kişi zindandan çıxar, Səbir ilə açılar bağlı qapılar. - Nizami Gəncəvi  Çıxacağım yerə səbri nərdivan edirəm. - Mövlana Cəlaləddin Rumi  Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbir edən insanlardır. - Fridrix Şiller Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq. - Onore de Balzak  Səbri olmayanlar nə qədər də yoxsuldurlar. - Uilyam Şekspir Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyı...

Sevinc Haqqında Aforizmlər, Sevincə Aid Sözlər

Resim
Sevinc və sevgi ruhun iki qanadıdır.   -  Hilmi Ziya Ülkən Həyatda bir sevinc var – sevib sevilmək.  - Jorj Sand  Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur. - Lev Tolstoy Xoşbəxt olmağın ən asan yolu ətrafımızdakılara sevinc bəxş etməkdir.  - Devid Star Cordan Xoşbəxt olmağın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir. Xoşbəxtliyi dadmağın ən yaxşı yolu isə onu paylaşmaqdır. - Corc Bayron  Bölüşdüyün bir sevinc ikiqat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar.  - Siseron  Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!.  - Anonim  Sevinc səmimiyyət olan evlərdə yaşayır.  - Uilyam Şekspir  Ən böyük sevinc başqasını xoşbəxt etməkdir. - Anonim  Qonaq evə bərəkət, sevinc və dostluq gətirər. - Anonim  Sevinmək istəyirsinizsə, başqalarının sevinclərinə şərik olun. - Po Çü Dostları görməkdən böyük sevinc, dostlarla ayrılmaqdan acı dərd yoxdur. - Plutarx Dostluq ...

Qələbə Haqqında Atalar Sözləri

Resim
  Qələbə birlikdədir. - Atalar Sözü  Elmin gücü, Yıxar bürcü. - Atalar Sözü Səbri çox olan adam qalib gələr. - Atalar Sözü Az var ki, çоxa qələbə eylər. - Atalar Sözü Harda həmrəylik varsa, qələbə ordadır. - Latın Atalar Sözü Döyüşdə qələbəyə say çoxluğu yox, igidlik aparır. - Latın Atalar Sözü Qələbə sevinc gətirər. - Atalar Sözü Fəthin, Zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir. - Qırğız Atalar Sözü Arxasız ər qoşun yenməz. - Türk Atalar Sözü Biləyi güclü birini Yıxar, biliyi güclü minini. Başqasından Üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan Üstün olmağımızdır. - Hind  Zəfər gələndə bütün çaqqallar dönüb şir olur. - Əfqan  Şər xeyirə qalib gələ bilməz. - Yapon Atalar Sözü Əməklə acı taleyə də qalib gələrsən.  - Fin Atalar Sözü Zəifə qalib gəlmək məğlub olmaq kimidir. - Ərəb Atalar Sözü Qələbə çalıb sakitləşməyən uduzanda sakitləşər.  - Avar Atala...

Qələbə Haqqında Aforizmlər, Qələbəyə Aid Sözlər

Resim
  Zəfər iradədən ibarətdir. - Napoleon Bonapart Tarixi qaliblər yazır. Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. - Maksim Qorki Gəldim, gördüm, qalib gəldim. -  Yuli Sezar İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya Qalib gəlir. - V. Q. Belinski İnsan həyatında elm ən vacib, ən gözəl və ən zəruri bir şeydir. O, sevginin ali təzahürü olmuş və daima olacaq. İnsan yalnız onun köməyi ilə təbiətə və özünə qalib gələcək. - Anton Çexov Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim. - Robin Şarma. Əksər insanlar səhv etməkdən qorxaraq yeni heç nə etmirlər. Amma bundan qorxmaq lazım deyil. Çünki, məğlub olan insan necə qalib gəlməyi tez uğur qazanan insandan daha çox biləcəkdir. - Albert Eynşteyn Qələbə necə də gözəldir, ancaq o necə də böyük qurbanlar bahasına başa gəlir.  - Stanislav Jan de Buffer Qorxu üzərində qələbə bizə güc verir. - Viktor Hüqo Mən tam dərk etmişəm ki, cəsarət - qorxunun ol...

Zəfər Gününə Aid şeirlər toplusu

Resim
Zəfər bayramı  Şeiri  Zəfər bayramıdır bu gün yurdumun, Bu əziz günümüz daim var olsun. Yeni tarix yazan şanlı ordumun, Qeyrətli oğluna salamlar olsun! Qələbə xəbəri gələndən bəri, İçimin fərəhi ucaldı aya. Qayıtdı Qarabağ! Qayıtdı geri, Bu hissi yaşadıq, şükür, Xudaya! Gəzsin el obamda, dolaşsın yağı? Bizsə boş xəyalla doya bilməzdik, Bu şəhid qanları axan torpağı, Düşmən tapdağında qoya bilməzdik! O cıdır düzündə rəqs edən, əyyaş, Niyə səsin gəlmir, niyə susursan?! Bilirəm alıbdır içini təlaş, De, qorxudan indi hardan pusursan?! Otuz il yurdumu taladı yedi, Ancaq budur, onların da sonları, Qarabaq bizimdir, vermərik dedi, "İti qovan kimi", qovduq onları! Kim ki, göz dikərsə yurduma bir an, Yenə məhv edərik, Qorxu bilmərik. Döyüş meydanında göstərdik çoxdan Can verərik, ancaq yurdu vermərik! Bu torpaq yaşamdır, bu torpaq nəfəs, Hər addımı qurban verilən candır. İndi son sözümü eşitsin hər kəs, Qarabağ bizimdir! Azərbaycandır! Müəllif: Elvin Mütaliboğlu