Kayıtlar

Əxlaq Haqqında Aforizmlər, Əxlaqa Aid Sözlər

Resim
 Bütün insani dəyərlərin təməli əxlaqdır. - Albert Eynşteyn Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var.   Mən bu istək aləmində əxlaqdan daha yaxşı bir şey görmədim. - Mövlana Cəlaləddin Rumi  Əxlaq bütün qanunlardan alidir. - Samuel Smayls Ən yaxşı dost yaxşı əxlaqdır. - Hz. Əli  Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç nə verməz. - Avreli Avqustin Ədalətin olmadığı yerdə əxlaq da yoxdur. - Mişel de Monten  Bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır. - Epiktet Ən yaxşı əxlaq məktəbi ailədir. - Samuel Smayls Əxlaq Haqqında Aforizmlər, İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. Ən dəyərli üstünlük əxlaqdır!  Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. Məni iki şey heyran edir və düşündürür: başım üzərindəki ulduzlu səma və daxilimdəki əxlaq qanunu. - İmmanuel Kant Sahib olduğumuz əxlaqi dəyərlər və qüsurlar bizim ayrılmaz bi...

Millət haqqında aforizmlər, Millətə Aid Sözlər

Resim
Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur.  - Əli bəy Hüseynzadə Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. - Mustafa Kamal Atatürk   Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil. - Onore de Balzak Milləti ədəbiyyat yaradır. - Uilyam Folknel İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür. - Viktor Huqo Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur. - Viktor Hüqo Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. - Abdulla Şaiq Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. - Mustafa Kamal Atatürk Bir millətin həqiqi tarixi millətin mədəniyyət tarixidir. - Corci Zeydan  Millətin əsas sərvəti xalqın mənəvi keyfiyyətləridir. - Nik...

Azadlıq Haqqında Aforizmlər,Azadlığa Aid Sözlər

Resim
Azadlıq, tarixin itməyən tək dəyəridir. - Alber Kamyu İnkişaf və tərəqqi azad düşüncədən başlayır.  - Anonim   Azadlıq gözəl yaşamaq üçündür - Cəfər Cabbarlı  Yaşamaq - bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına. - Nazim Hikmət  Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. - Alkimdamant Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. - Pifaqor  Arzularına sərhəd qoymayan insan azad ola bilməz. - Epiktet Azadlığın nə olduğunu bilməyən azad olmağa layiq deyildir. - Səbuhi Quluzadə Malik olduğun pul sənə azadlıq verir, dalınca qaçdığın pul – səni kölə edir. - Jan Jak Russo   Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər. - Anton Çexov Var-dövlətə görə evlənən öz azadlığına "əlvida" deyir. - Corc Herbert Oxumaq azadlıqdır. - Aliya İzzetbeqoviç Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz! - Məmmə...

Azərbaycana aid şeirlər, Azərbaycan şeirləri

Resim
 1) AZƏRBAYCAN, AZƏRBAYCAN ŞEİRİ Müəllif: Əhməd Cavad Dağlarının başı qarlı, Sinəsi yaşıl ormanlı! Dərələrin şirin barlı, Azərbaycan! Azərbaycan! Səhraların sünbüllüdür, İl müdam üstü güllüdür! Bağçaların bülbüllüdür, Azərbaycan! Azərbaycan! Durna gözlü bulaqların, Cənnət kimi yaylaqların! Geniş-geniş oymaqların, Azərbaycan! Azərbaycan! Ormanında maral gəzər, Çöllərində ceyran süzər! Göllərində qazlar üzər! Azərbaycan!Azərbaycan! İlxında ayğır kişnəşir! Naxrında buğan güləşir! Süründə əmlik mələşir! Azərbaycan! Azərbaycan! Qayaların əlvan mərmər! Belində var qızıl kəmər! Bir yanında Bəhri-Xəzər! Azərbaycan! Azərbaycan! Sinən odu şölə salır! Dünya səndən işıq alır! Verməyəndə, zülmət qalır! Azərbaycan! Azərbaycan! İpək, pambıq, yunun çoxdur! Arpa, buğda, dügün çoxdur! Hər şeyin var, nəyin yoxdur?! Azərbaycan! Azərbaycan! Yer üzündə yoxdur tayın! Gur-gur axar neçə çayın! Bol veribdir, fələk payın! Azərbaycan! Azərbaycan! Laçının var, tərlanın var! Çoxlu şirin dastanın var! Qorxun yox...

İntiqam, Qisas Haqqında Sözlər və Aforizmlər

Resim
Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir. - Uilyam Somerset Moem Başqa cəhətləri bilmirəm, amma qisas və eşqdə qadın kişidən qat-qat üstündür... - Fridrix Nitsşe Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar.  - Hind Atalar Sözü Böhtan qorxaqların intiqamıdır. - Samuel Conson Ən amansız qisas, qisas almaq imkanına məhəl qoymamaqdır. - Onore de Balzak Yalnız özünə bərabər olandan qisas almaq alicənablıqdır. - Fukidid Düşməndən qisas almağın ən düzgün yolu ona oxşamaqdır. - Mark Avreli  Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır. - Deyl Karnegi  Ən nəcib və şirin qisas bağışlamaqdır. - Pyer Büast Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir. - Viktor Hüqo  İntiqam, Qisas Haqqında Sözlər və Aforizmlər Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. - Viktor Huqo Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt. - Aleksandr Düm...

Yaşamaq Haqqında Aforizmlər,Yaşamağa Aid Sözlər

Resim
  Yaşadığın həyatı sev, sevdiyin həyatı yaşa. - Bob Marli Heç vaxt həqiqi ehtirasla sevməmiş   insan həyatının yarısını, həm də gözəl yarısını  yaşamamışdır.     - Stendal Cavanlıqda biz sevmək üçün   yaşayırıq; yetkin dövrdə yaşamaq üçün sevirik.    - Sent Evremon İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. - Çarlz Bukovski Yaşamaq ölməkdən daha böyük bir cəsarət tələb edir. - Çarlz Bukovski  Yaşamağı da, yaşatmağı da bil. - Anonim  Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. - S.Bodler  Həyat hər kəsə eyni şəkildə davranmaz və bəzən böyümək üçün illərə ehtiyacınız olmaz. Yaşadıqlarınız sizi böyük edər. - Ahmet Batman "Bitdi" deyə üzülmə, "yaşadım" deyə sevin!  - Q.Q. Marquez Bəzi adamlar pul xərcləməkdə elə xəsislik göstərirlər ki, sanki əbədi yaşamaq niyyətindədirlər. - Aristotel  Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzə...

Günah Haqqında Aforizmlər,Günaha Aid Sözlər

Resim
  Hər insan etmədiyi bütün yaxşılıqlara görə günahkardır. - Lev Tolstoy  Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın. - Cəfər Sadıq   Əzabların ən böyüyü, özünü günahkar görmə duyğusudur. - Ceyn Ostin Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. -Əbül Fərəc Axmaqlıqdan başqa günah yoxdur. - Oskar Uayld  Günahlar artdıqca həya azalır.    - Şiller Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.  - İmam Rza İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.  - Mövlana Cəlaləddin Rumi Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur. - P. Burje  Məhəbbət bütün günahları   bağışlaya bilər, xəyanətdən başqa. - Anonim  Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oyna...