Kayıtlar

Mart, 2022 tarihine ait yayınlar gösteriliyor

İnsana Aid Atalar Sözləri

Resim
 Adamı başdan tanı, ağacı yaşdan. - Atalar sözü. Kamil insan kəlamından bəlli olar. - Atalar sözü. Böyük insan işindən tanınar. - Atalar sözü. Adam olmaq asta-asta, heyvan olmaq bir anda. - Atalar sözü. Ayı biləyinə, insan ürəyinə güvənir. - Atalar sözü. İş insanı safa çıxardar - Atalar sözü..  İş insanın cövhəridir. - Atalar sözü. Ağıllının başı işlər, ağılsızın dili. - Atalar sözü. Ağıllı ədəbi ədəbsizdən öyrənər. - Atalar sözü. İnsana Aid Atalar Sözləri Dostunu mənə göstər deyim necə insansan. - Atalar sözü. İnsan istəsə dağı dağ üstə qoyar. - Atalar sözü. Ağac kölgəsiz olmaz, insan sevgisiz. - Atalar sözü. İnsan olmayan insan qədrini nə bilər?! - Atalar sözü. Buzu gün əridər, insanı xəcalət. - Atalar sözü. Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir. - Atalar sözü. Pis iş mərdə ar olar, Namərd gözü dar olar. - Atalar sözü. Tamahkarlıq insanın düşmənidir. - Atalar sözü. Adamın başına nə gəlsə dilindəndir. - Atalar sözü. İnsana Aid Atalar Sözü Heyvanı qulağından tanıyarl...

Mənalı Qısa Sözlər və Kəlamlar

Resim
  Mənalı Qısa Sözlər və Kəlamlar Həyat eşqi, eşq də cəsurları sevər. Özü doğru olanın, sözü də doğru olar. Bəziləri sevməyi, yan-yana durmaq sanır.. Ya qırdığın qəlbi Allah sevirsə? Dərdini unut, sözünü unutma Buludlar ağlamasa, güllər necə gülər? Hər insanın hesab verəcək yanlışı var..Doğrusu var.. Sirr saxlasan sənindir, söyləsən əsirindir. Mənalı Qısa Sözlər Ağılsız köpəklər ulduza hürər. İgidlik biləklə deyil, ürəklədir. Qoca tülkü tora düşməz. Danış ki, səni görüm. - Sokrat Davasını bilməyənə şahid olma. Mənalı Qısa Sözlər və Kəlamlar Cavanlar xəyal edər, qocalar xatırlayar.. Məsləhət vermək asandır, örnək olmaq çətin.. Qəzəb gurutuludur, inciklik isə səssiz.  Mənalı Qısa  Kəlamlar və aforizmlər Sükut - dünyanın ən uzun cümləsi.. - Nuri Pakdil Yaradılanı xoş gör, Yaradandan ötrü. Bugünkü yaran, sabahkı gücün olacaq. Təvazökarlıq qürurun pəhrizidir. - Volter Mənalı Qısa  Kəlamlar və Sözlər Ölən bədəndir, Aşiqlər ölməz.- Yunus Əmrə Sükutu dinlə. Sənə gerçəyi söylə...

Etibarsız İnsanlara Aid Statuslar və Sözlər

Resim
Mükəmməl olmağınıza ehtiyac yoxdur. Saxta olmayın yetər. Sevilcək qədər gözəl olmaqdansa, güvəniləcək qədər qeyrətli ol! Saxta insanlar belə hər şeyin gerçəyni istər! Heç kimə güvənməyən insan güvənilməyən insandir. Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.  Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: İnsan pulun saxtasını edər, pul da insanın. Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa… Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar. Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün. Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım. Güvəndiyin dağlara qar yağanda ən gözəl çıxış yolu dağı qarla birlikdə qoymaqdır. Özünü aldatmaq istəyən, gerçəklərdən qaçaraq yalançı və cadugər nəfsinə sığınar. Bugün səni aldadan, sabah başqası tərəfindən aldanar. Yalanl...

Gül Haqqında Gözəl Sözlər

Resim
 Ən gözəl güllər, saf sevgiylə dolu qəlblərdə bitər.  Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. - Bencamin Franklin Həyat - güldür. Sevgi - nektar.  - Viktor Hüqo Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. - Əbu Turxan Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. - Şəms Təbrizi Gülün qədrin bülbül bilir.- Atalar Sözü Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır. Bir yedə tikan oldu mu, gül də olar. Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir. - Mövlana Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. - Xəlil Cibran Buludlar ağlamasa, güllər necə gülər? Yaz bir gül ilə başlayar, mini ilə bitər.- Atalar Sözü Tikanda gül bitirən, qışı da bahara çevirər!  - Mövlana Torpağa mərhəmət...

Bitkilərə Aid Atalar Sözləri

Resim
  Ağac bar verəndə başın aşağı əyər. - Atalar Sözü Ağac kölgəsiz olmaz, insan sevgisiz. - Atalar Sözü Hər çiçəyin bir ətri var. - Atalar Sözü Ağacı meyvəsindən tanıyarlar. - Atalar Sözü Adamı başdan tanı, Ağacı yaşdan. - Atalar Sözü Ağac yaş ikən əyilər. - Atalar Sözü Gülünə bax, qönçəsini dər. - Atalar Sözü Gülün qədrini bülbül bilər. - Atalar Sözü Bulud ağlar, çəmən gülər. - Atalar Sözü Hər gülün bir qoxusu, bir ətri var. - Atalar Sözü Hər güldən gülab olmaz. - Atalar Sözü Bir gül ilə bahar olmaz. - Atalar Sözü Gülü get güllükdən gətir. - Atalar Sözü Ot kökü üstə bitər. - Atalar Sözü Tikan əkən, gül dərməz. - Atalar Sözü Yağsa yağış, bitər qamış. - Atalar Sözü Bitkilərə Aid Atalar Sözləri  Bitkilərə Aid Atalar Sözləri Yaz bir gül ilə başlayar, mini ilə bitər. - Atalar Sözü Gül getdi, xar qaldı, Güldən yadigar qaldı. - Atalar Sözü Gül istəyən tikanın da istəsin gərək. - Atalar Sözü Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. - Atalar Sözü Gül əzizdirsə, Gülşən ondan əzizd...

Bahar Fəslinə Aid Şeirlər

Resim
  Bahar Fəslinə Aid Şeirlər "Bahar və mən" şeiri Bahar nə xoş gəlir, ruha dad verir. Xəyala, duyğuya qol-qanad verir; Var olsun şerimiz, şairlərimiz! – Hər gülə, çiçəyə təzə ad verir. Çıxır dağ döşünə körpə quzular, Tərlanın səsini əks edir sular. Səhər yuxusundan ayıldır məni Sinəmə sığınayan böyük duyğular. Könül dinc durmayır, oynayır yenə, Əzəldən aşiqəm həyat şerinə; İlk dəfə oğlumun əlindən tutub Çıxmışam səhərin tərlan seyrinə. Ölümə can vermə ölsən baharda, Könül müqaddəsdir, qalmasın darda; Baharın eşqiylə çıxır yuvadan Balası dalında qarışqalar da. Yaşıl köynəyini geyinir meşə, Yaxama quş kimi qonur bənövşə; Qoy məndən dərs alsın qoca təbiət, O da könlüm kimi gülsün həmişə. Bahar nə xoş gəlir, ruha dad verir, Xəyala, duyğuya qol-qanad verir; Var olsun şerimiz, şairlərimiz! – Hər gülə, çiçəyə təzə ad verir.  Müəllif: Səməd Vurğun. Gözəl bahar, Gözəl bahar! Darıxırıq, Tez gəl, bahar!   Çətir-çətir Güllər gətir, Otaqlara Dolsun ətir.   Sənsən əziz, Şən nəğməmi...

Novruz bayramına aid şeirlər

Resim
  Novruz bayramına həsr olunmuş bir-birindən gözəl şeirlər “Bayramların Sultanı” şeiri Müəllif: Yusif DİRİLİ  Novruz gəlir yurduma Hər tərəf gül-çiçəkdir. Az sonra keçəl, kosa Meydana gələcəkdir. Hər tərəf işıq saçdı, Novruz gəldi, sevindik. Kədər bizdən gen qaçdı, Şadyanlığa büründük. Şəkərbura, paxlava, Şorqoğalı yeməli. Bayramların sultanı, Ancaq sənə deməli. Qoz-fındığın, qovurğan Ağzı dada gətirir. Üzərriyin, yovşanın Qada-bala götürür. Tonqal çatıb uşaqlar, Atlanırlar üstündən. Qorxu yoxdu alovdan, Göz çıxardan tüstüdən. “Bənövşə bəndə düşə” -Bir oyundu məzəli. Uşaqların sevdiyi, “Yenə gəldi ənzəli” Çərşənbələr ard-arda Mənalıdır hər biri. Bərəkət simvolusan, Neçə min ildən bəri. “Novruz Bayramı” şeiri Müəllif: S.Fətəliyeva  Gəlib Novruz bayramı, Yandırmışıq biz şamı. Tonqallar alışıbdır, Sevincimiz daşıbdır. Fərəhlənir uşaqlar, Papaq atır qoçaqlar. Hər evdə aş dəm alır, Şənlik göyə ucalır. Göyərib səmənilər, Payla dolub ...

Uğursuzluq Haqqında Mənalı Aforizmlər

Resim
Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. - Henri Ford   Hər bir uğursuzluq - müvəffəqiyyətə doğru bir addımdır. - Atalar sözü Uğursuzluqlar güclülərə daha da güc verir. Antuan de Sent-Ekzüperi Gerçək uğur, uğursuzluq qorxusuna qalib gələ bilməkdir. - Paul Sviney Yalnız bir şey xəyallarının gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur. - Paulo Koelyo Kifayət qədər səy göstərməmək uğursuzluğa səbəb olar. - Çanakya  Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur. - Mark Tven Məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır. - German Martin Uğursuzluq Haqqında Mənalı Aforizmlər  Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. - Rual Amundsen Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. - Çin atalar sözü Mən əminəm ki, uğurlu sahibkarlardan uğursuzları ayıranın yarısı -...

Gecə Haqqında Aforizmlər, Gecəyə Aid Sözlər

Resim
 Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. - Hüseyn Cavid. Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. - Cübran Gecələr sonsuz deyil. - Alber Kamyu Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. - Əhməd Şərif İzgörən Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar. - Nizami Gəncəvi Hər gün özümü biraz daha yaxşı hiss edəcəyimi ümid edərək oyanıram. Bəzən elə də olur. Sonra gecə düşür və o hələ də yoxdur.. - Adam Faver İnsanlar heç vaxt üzülməli deyil! Çünki, hər bir gecənin bir gündüzü var. - Stiv Cobs Ömrün gecəsi özü ilə öz çırağını gətirir. - Jozef Juber Şamını gündüz yandıran gecə qaranlıqda qalar. - Sədi Şirazi. Gündüzün yanında gecə olarmı? Onları bir yerdə heç görən varmı? - Nizami Gəncəvi Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır. - Alber Kamyu Gecə, qadınlarla ulduzları gözəl göstərər. - Corc Bayron  İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. - C...

Məşhur Aforizmlər və Sözlər

Resim
Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA.- Bob Marli Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir.  - Naməlum Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.- Konfutsi  Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. - Nizami Gəncəvi Bir insan birini sevirsə, olduğu kimi  sevər, olmasını istədiyi kimi deyil. - Tolstoy Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. -Hüqo İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı. - Nizami Gəncəvi Məşhur Aforizmlər Pul  yaxşı nökər, pis ağadır. - Frensis Bekon Bizi bilən bilir, bilməyən də özü kimi bilir. - Mövlana  Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. - F. Şiller  Yalan insanların dilinə elə nüfuz edib ki, “düzünə qalsa...” deyə bir ifadə var. - Dostoyevski Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et. - Özdəmir Asaf İnsanlar əylənə bildikləri ilə tanış, paylaşa bildikləri ilə dost, ağlaya bildikləri ilə qardaş olurlar.- Anton Çexov Xoşbəxt ...

Ağıllı Haqqında Atalar Sözləri

Resim
Ağıllı olan bir dəfə aldanar. - Atalar sözü Bir ağıllı baş min başı saxlar. - Atalar sözləri Adam hər düşməndən bir ağıl öyrənər. - Atalar sözü Ağıllı kişi qışın qeydinə yayda qalar. - Atalar sözü Gözəl – göz üçün, ağıllı – könül üçün. - Atalar sözü Ağıllı adam dəlini danlamaz. - Çin atalar sözləri Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.- Atalar sözü Ağıllıya Aid Atalar Sözləri Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə. - Atalar sözü Ağılsız dostun olunca, ağıllı düşmənin olsun.- Atalar sözü Ağıllı uşaq bələkdə özünü göstərər. - Atalar sözü Ağıllıya qırx gün dəli desən, dəli olar.- Atalar sözü Deyən ağılsız olsa, dinləyən ağıllı gərək. - Atalar sözü Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. - Atalar sözü Ağıllıya işarə, dəliyə kötək. - Atalar sözü Fürsət ağıllı adamlar üçün pilləkəndir. - Yunan atalar sözləri Ağıllı fikirləşincə dəli çayı keçdi. - Atalar sözü Dəli qazının yazdığını, ağıllı qazı pozmaz. - Atalar sözü Ağıllı öz qarnının əsiri olmaz.- Atalar söz...

Sevgi İlə Bağlı Aforizmlər

Resim
  Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər. - Viktor Hüqo Sevgi – hər gün vurulmaqdı eyni qadına! - Aqşin Yenisey Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur.- Tolstoy Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir. - Fransua de Laroşfuko Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.- Hüqo sevgi haqqinda aforizmler Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox. - Vissarion Belinski Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də! - Honore de Balzak Sevgi bir inanc davranışıdır, İnancı az olanın sevgisi də azdır. - Erix Fromm Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir. - Dostoyevski Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər. - Taqor Külək qum təpələrinin formasını dəyişdirsə də, səhra əvvəlki kimi dəy...

Kainat Haqqında Aforizmlər və Sözlər

Resim
 Kainatın ruhu həqiqətdir. - İbn Sina Kainat bir beşik, zaman isə onun ipidir. ("Füyuzat" jurnalından) Ədalət, kainatın ruhudur. - Ömər Xəyyam Kainat hədisdir. - Əbu Hamid əl-Qəzali Kainatda hər şey dəyişkəndir. - Ovidi Kainatda təsadüfə rast gəlinməz. -Sokrat Hər kiçik zərrənin öz aləmi var, Dünya bir ahəngdə tutmuşdur qərar. - Səməd Vurğun  İnsana sığa bilənə kainat, kainata sığa bilməyənə İnsan deyərəm. - Məhəmməd İqbal Kainat Haqqında Aforizmlər və Sözlər Kainat Haqqında Aforizmlər və Sözlər Tanrının kəlamı  Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir. - İbn Sina Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir. - Platon  Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. - Qalileo Qaliley Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə ...

Qorxaq Haqqında Aforizmlər və Sözlər

Resim
Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz. - Naməlum Qorxaq öz kölgəsindən də qorxar. - Atalar sözü. Həyat, qorxaqları bağışlamaz. - Ernesto Çe Gevara Səndən qorxanı da, sən qorxduğunu da sevə bilməzsən.- Mark Tulli Siseron Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan. - Lev Tolstoy Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.- Atalar Sözü Adamın ən qorxduğu şey əvvəl axır başına gəlirmiş.  Səhvdən qorxan bir insan heç bir şey edə bilməz. - Avraam Linkoln Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur. - Əbu Turxan Yaşamağın dadını bilməkdən qorxana axmaq deyərəm. - Alber Kamyu. Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur. Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. - Əbu Turxan İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir.. - Fyodor Dostoyevski Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır. - Elbert Habbard Yalnız bir şe...

Cəsarət Haqqında Atalar Sözləri

Resim
  Cəsarət səadətin yarısıdır. - Başqırd atalar sözü  Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur. - Alman atalar sözləri Mərd igid tək qalmaqdan qorxmaz.- Atalar Sözü Cəsur olana çomaх da silahdı.- Atalar Sözü Meşəyə girən ayıdan qorxmaz.- Atalar Sözü Balıq tutan islanmaqdan qorxmaz.- Atalar Sözü Yağış vurmuşun damcıdan nə qorxusu?- Atalar Sözü Ac it, dəyənəkdən qorxmaz.- Atalar Sözü Ən iti qılıncı cəsur əsgərə verirlər. - Çin atalar sözü  Cəsur adam yıxılar, amma təslim olmaz. - Latın atalar sözü  Uzaq bir məsafədən cəsur görünmək asandır. - İngilis atalar sözü  Heç bir şeyə cəsarət etməyən, heç nə qazanmaz.- Atalar Sözü Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. - Atalar Sözü Cəsarətdi hücum qələbənin yarsına bərabərdi.- Atalar Sözü Qala divarlarının ardında cəsur olmaq asandır. - Uels atalar sözü Fikrin dibi dənizdir, düşərsən və batarsan; cəsarət qayıqdir, minərsən və üzüb keçərsən. -Qaraqalpaq atalar sözü Cəsur bir adamın baxışı düşməni qorxaq adamın qı...

Sənət Haqqında Aforizmlər və Sözlər

Resim
  Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır. Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.-  Əbu Turxan Sənət təbiətdən sonsuzluğa atılan addımdır. -  Cübran Bütün sənətlər qazanma və meydana gətirmədən başqa bir şey deyil. - Platon Bütün sənət növləri məhəbbət və ağlın bu və ya digər nisbətdə birləşməsindən yaranır. - Əbu Turxan Sənət əsəri bənzərsizdir, nərgiz çiçəyindən fərqi budur. - Oskar Uayld Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir... - Onore de Balzak İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm. - Vinsent van Qoq İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan. - Çarlz Bukovski Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. - Əbu Turxan Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə, deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. - Cübran Duyğular sənətdə, ağıl – elmdə, ruh – fəlsəfədə özünü ifadə edir. - Əbu Turxan Yaxşı tə...

Yaz Haqqında Atalar Sözləri və Məsəllər

Resim
  Yaz gətirər, qış götürər. - Atalar sözü Hər qışın bir yazı var. - Atalar sözü Qışı qarlı, yazı barlı. - Atalar sözü Yaz yapan, qış qapan. - Atalar sözü Yaz yağışı tez keçər. - Atalar sözü Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz. - Atalar sözü İl baharından bilinər. - Atalar sözü Yaz əkinçi, qış dilənçi. - Atalar sözü Yaz kasıbın yorğan-döşəyidir. - Atalar sözü Yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir. - Atalar sözü Yaz getdi, qış gəldi, vay titrəmək dərdi. - Atalar sözü Dünya yaz ikən qış tədarükünə bax! - Atalar sözü Yaz günündə tərləməyən qış günündə titrəyər. - Atalar sözü Qarışqadan ibrət al; yaz ikən qışı düşün. - Atalar sözü Ölmə eşşəyim, yaz gələr yonca bitər. - Atalar sözü Yaz var, qış var, nə tükənməz iş var. - Atalar sözü Mart çıxdı – dərd çıxdı, keçilər yaza çıxdı. - Atalar sözü Yaz gəlmədən, qar getməz, ot bitməz. - Atalar sözü Hər könülün bir yazı, bir qışı var. - Atalar sözü Sevənlərin acığı yaz yağışı kimidir. - Atalar sözü Bir gül ilə bahar olmaz. - At...