Kayıtlar

Mənalı Gözəl Sevgi şeirləri

Resim
Bir-birindən gözəl və mənalı sevgi şeirlərini sizlər üçün bir araya topladıq. Mənalı Gözəl Sevgi şeirləri “Sən və Mən” şeiri Qaranlıq saçan şam işığında, Soyuqdan gizlənən ruhum. Bir qığılcıma həsrət olanda, Çıxa gəldin sən. Fırtınalarda pərişan, Könlüm bir liman axtaranda, Məni çılğın dalğalardan, Çəkib aldın sən… Həyata yenidən göz açmış, Sonsuz yuxudan oyanmış, Sovrulaq qoşa yarpaq kimi, Dünyanın bilinməyən ucuna… Bir günəşimiz olsun, Həyatımıza dolsun, Bir bəstəmiz olsun, Sevgi hekayəsindən danışaq… Sən və mən birlikdə, Yelkən açaq üfiqlərə, Qoy qısqansın bizi, Səmada mələklər belə… Sən və mən birlikdə, Yelkən açaq ümidlərə, Qoy qısqansın bizi, Səmada ulduzlar belə… Müəllif: Anar Bəylər “Səninlə görüşən gün” şeiri Bir qərib sərçə olub, Pəncərənə qonaydım. Gözlərinə baxınca, Yerimdəcə donaydım. Əlindən tutmaq üçün, Alışaydım,yanaydım, Səninlə görüşən gün. Deyəydim ki,gəlmişəm, Ay başımın bəlası. Qoy silinsin üzündən, Təkəbbürü,ədası. Yayılsın yer üzünə, Bu vüsalın sədası Səninlə gör...

Həyata aid mənalı şeirlər

Resim
Həyata aid mənalı şeirlər toplusu “Həyatın mənası” şeiri Deyin, yaşamağın mənası nədir, Nəyinsə eşqiylə vurmursa ürək? Mənimçün o ömür bir əfsanədir, Hardasa, kiməsə olmursa gərək. Çox da ömür sürür üç yüz il qarğa, Bayquşun şərqisi kimə gərəkdir? Qiymətli olsa da hər inci sırğa, Başqa mənası yox, yalnız bəzəkdir. Niyə yaşayırsan, söylə,nə üçün, Sovurmaq üçünmü ömrünü bada? Yaşayan öləcək onsuz da bir gün, Əməli qalacaq yalnız dünyada. Heç zaman can atma şöhrətə, ada., Sürünmə parlayan hər cür daş - qaşa! Ömrün bu dünyada qısa olsa da, Sən qısa ömrünü şərəflə yaşa! Müəllif: Eldar Həsrət “Dünya” şeiri Lüt gəlib dünyaya lüt gedir insan Fırladır hey bizi bu, dünya inan. Nə var, nə dövlət, nə şan, nə şöhrət Əzrail gələndə götürmür hörmət. Bu gördüklərini Yaradan ki var Başqa fəzalarda sənə yer tapar. Nizam-intizamla çalışıb yaşa Necə ki başlayır bitir tamaşa. Müəllif: Sahib Hüseyn

Gənclərə nəsihət haqqında Atalar sözləri

Resim
Sözün ilə işin bir olsun. Çəkilən zəhmət hədər getməz. Çox bilmək istəyən, çox da çalışsın gərək. Vətənə göz bəbəyi kimi qayğı göstər. Fürsət əldə ikən yaxşılıq eylə. El malını qoru öz malın kimi. Savab gör, hər zaman yaxşılıq eylə. Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə. Cəsarət səadətin yarısıdır. Sözü məqamında deyərlər. Sözü ağzında bişir, sonra çıxart. Özünə hörmət et ki, başqaları da sənə hörmət etsin. Söz var el içində, söz var ev içində. Təmiz hava girməyən evə həkim girər. Kişi öz sözünün ağası olar. Yoldaşı yolda tanı. Gənclərə nəsihət haqqında atalar sözləri Ağıllı ədəbi ədəbsizdən öyrənər. Bənzər Atalar Sözləri: Atalar Sözü və Məsəllər   Məşhur Atalar Sözləri və Məsəllər    Mənalı Atalar Sözləri    Yamanlığa yamanlıq eləmə. Söz pəhləvanı olma. Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. Yamana aş versəndə, iş vermə. Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax. Cahil ilə bal yemə, ahıl ilə da...

Ayrılıq şeirləri, Ayrılığa aid Şeirlər

Resim
Ayrılmayaq şeiri Xəyalın yanımda, sən uzaqdasan, Hicranın yolları ömür qədərdir. Bu yalqız axşamda yuvama baxsan, Mənəm, xəyalındır, bir də kədərdir. Gəl ört pəncərəni, qalaq üz-üzə Bir sən ol, bir də mən, bir də gözlərin Vüsal qərq olurkən hicran dənizə, Ağ bir yelkən olsun o son sözlərin. Bir sən ol, bir də mən, bir də dərdimiz Ağlayaq doyunca gülək doyunca, Baş-başa qaldıqca bu möhnətdə biz, Döysün qapıları külək doyunca Döysün, qoy açmayaq yorulsun külək, Qəmli hicran qalsın qapıda dustaq. Bir az vüsalınla çırpınsın ürək, Sonra… Sonra yenə biz ayrılmayaq…   Mü ə llif: Rəsul Rza.      Ayr ı ld ı q ş eiri Ayr ı ld ı q, sur ə tin itdi gözümd ə n, Sand ı m, sif ə tini unutmu ş am m ə n. Bilmir ə m bu n ə sirr, yax ı n- uzaqdan, S ə sin qula ğı ma anbaan g ə lir. Fikrim ə g ə lmirs ə sur ə tin bir an, S ə sin qula ğı ma b ə s hardan g ə lir? Y ığı ram bir yer ə b ə z ə n fikrimi, Sif ə tin yad ı ma çox ç ə tin g ə lir.   S...

Bilik Gününə aid şeirlər

Resim
Bilik Gününə aid şeirlər 1 Sentyabr Bilik gününə olunmuş bir-birindən gözəl 9 şeir “Sentyabr” şeiri Sentyabr gələndə Çox sevinir uşaqlar. Bilik günü yetişir, Məktəbə gedir onlar.   Müəllif: Zaur Ustac “Məktəbə get, dərs oxu ” şeiri Ağıllı oğlum, oyan! Qiymətlidir hər zaman. Tez ol, dur get məktəbə, Sarıl elmə, ədəbə. Səhər ziyandır yuxu, Məktəbə get, dərs oxu. Müəllif:Abdulla Şaiq

Kitablardan mənalı sözlər və sitatlar

Resim
Kitablardan mənalı sözlər və sitatlar İllər öncə əla bir lüğət aldım və ilk etdiyim iş, onun “mümkün deyil” ifadəsi yazılmış səhifəsini cırıb tullamaq oldu. Düşün və Varlan, Napoleon Hill   Üzünü günəşə çevirəndə kölgələr arxada qalır. Bəhanələrə Yox!, Brian Tracy Üzr istəmək sənin haqsız, qarşı tərəfin haqlı olması demək deyil. Verdiyin dəyərin şəxsi mənafeyindən yüksək olduğunu ifadə edir. Xoşbəxtlik Ehtimalımız, Ziqmund Freyd Onun gözlərinə baxaraq düşüncələrində deyirsən: “Sənin üçün çox darıxmışam”. Bu Şəhərdə Kimsə Yoxdur, Rövşen Abdullaoğlu Dünyanı gəzdiyim dövr ərzində öyrəndiyim bir şey varsa, o da ümidin verdiyi gücdür: Vaşinqton, Linkoln, Kinq, Mandela və hətta pakistanlı gənc qız Malala kimi bir nəfərin verə biləcəyi güc. İnsanlara ümid verməklə bir nəfər bütün dünyanı dəyişməyə qadirdir. Yatağını Düzəlt, Amiral William H. McRaven Bəzən nəyisə özünə etiraf etmək üçün çox vaxt tələb olunur. Səssiz Pasiyent, Alex Michaelides Adətən, saatlar elə sürətlə keçər ki...

Səməd Vurğun Şeirləri

Resim
  Böyük şair Səməd Vurğujnun Şeirləri   səməd vurğun şeirləri azərbaycan,səməd vurğun azərbaycan şeiri “Ala Gözlər” şeiri Yenə qılıncını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə, Qələm qaş altında piyala gözlər. Başımdan getmişdi sevdanın qəmi, Xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü, deyin, yenəmi Çəkdiniz sorğuya, suala, gözlər? Sevda yolçusuyam əzəl yaşımdan, Könlüm ayrı gəzir can sirdaşımdan; Dağıdır huşumu alır başımdan Süzülüb gedəndə xəyala gözlər. Gərdənin minadır, boyun tamaşa, Ay da həsəd çəkir o qələm qaşa. Bir cüt ulduz kimi verib baş-başa, Yanıb şölə salır camala gözlər. Mənim sevgilimdir o gözəl pəri, Qoy üzə vurmasın keçən günləri. Mən qədirbilənəm əzəldən bəri, Sizinlə yetmişəm kamala, gözlər. Cahanda hər hökmü bir zaman verir, Dünən dövran sürən bu gün can verir. İllər xəstəsiyəm, yaram qan verir, Siz məni saldınız bu hala, gözlər. “Sevirəm” şeiri Mən də bir insanam, mən də canlıyam, Mənim də qəlbimin arzuları...